Prezidentimiz haqqında
İlham Əliyev | ||||||
"Münhen Təhlükəsizlik Konfransı"nda çıxış edərkən (2010) | ||||||
|
||||||
---|---|---|---|---|---|---|
31 oktyabr 2003-dən | ||||||
Baş nazir: | Artur Rasizadə | |||||
Sələfi: | Heydər Əliyev | |||||
Partiya: | Yeni Azərbaycan Partiyası | |||||
Təhsili: | Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu | |||||
Dini: | İslam | |||||
Təvəllüdü: | 24 dekabr 1961-ci il Bakı, Azərbaycan SSR |
|||||
Atası: | Heydər Əliyev | |||||
Anası: | Zərifə Əliyeva | |||||
Həyat yoldaşı: | Mehriban Əliyeva | |||||
Uşaqları: | oğlu: Heydər qızları: Leyla və Arzu |
|||||
Saytı: | Prezident.Az | |||||
Mükafatları: |
|
İlham Əliyev 1961-ci il dekabrın 24-də Bakı şəhərində anadan olmuşdur. 1967-1977-ci illərdə Bakı şəhərindəki 6 saylı orta məktəbdə təhsil almışdır. 1977-ci ildə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutuna (MDBMİ) daxil olmuşdur.
MDBƏİ-ni bitirdikdən sonra institutun aspiranturasına qəbul edilmiş, 1985-ci ildə dissertasiya müdafiə edərək tarix elmləri namizədi elmi dərəcəsi almışdır.
1985-1990-cı illərdə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda müəllim işləmişdir.
1991-1994-cü illərdə özəl biznes sahəsində çalışmışdır. Bir sıra istehsal-kommersiya müəssisələrinə rəhbərlik etmişdir.
1994-cü ildən 2003-cü ilin avqust ayınadək Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti, birinci vitse-prezidenti olmuşdur. Heydər Əliyevin neft strategiyasının həyata keçirilməsində fəal iştirak etmişdir.
Suveren Azərbaycanın neft siyasətinin geosiyasi aspektlərinə dair bir sıra tədqiqat işlərinin müəllifidir. Siyasi elmlər doktorudur.
1995-ci və 2000-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinə deputat seçilmişdir. 2003-cü ildə Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə təyin edilməsi ilə əlaqədar olaraq deputat səlahiyyətlərinə xitam vermişdir.
1997-ci ildən Azərbaycan Milli Olimpiya Komitəsinin Prezidentidir. İdmanın və Olimpiya hərəkatının inkişafında böyük xidmətlərinə görə Beynəlxalq Olimpiya Komitəsinin ali ordeni ilə təltif edilmişdir.
1999-cü ildə Yeni Azərbaycan Partiyası sədrinin müavini, 2001-ci ildə sədrin birinci müavini, 2005-ci ildə isə partiyanın sədri seçilmişdir.
2001-2003-cü illərdə Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycan Respublikası Milli Məclisinin nümayəndə heyətinin rəhbəri olmuşdur.
2003-cü ilin yanvarında Avropa Şurası Parlament Assambleyası sədrinin müavini, AŞPA-nın Büro üzvü seçilmişdir.
2004-cü ilin aprelində AŞPA-nın fəaliyyətində fəal iştirakına və Avropa ideallarına sədaqətinə görə AŞPA-nın fəxri üzvü diplomu və AŞPA medalı ilə təltif edilmişdir.
2003-cü il avqustun 4-də Milli Məclis tərəfindən təsdiq edildikdən sonra Azərbaycan Respublikasının Baş naziri təyin edilmişdir.
2003-cü il 15 oktyabrda Azərbaycan Republikasının Prezidenti seçilmişdir. Prezident seçkilərində seçicilərin 76%-dən çoxu İlham Əliyevin lehinə səs vermişdir. 2003-cü il oktyabrın 31-də vəzifəsinin icrasına başlamışdır.
2008-ci ildə yenidən prezident seçilmişdir və hazırda prezident vəzifəsini icra edir.
Rus, ingilis, fransız və türk dillərini sərbəst bilir.
Ailəlidir. Üç övladı, üç nəvəsi vardır.
Mükafatları
- "Heydər Əliyev" ordeni;
- Kral Əbdüləziz Ordeni;
- Şərəf Ordeni;
- "Mübarək əl-Kəbir" ordeni;
- "Üç ulduz" ordeninin "Böyük xaç kavaleri" dərəcəsi.[1]
- Bolqarıstan Respublikasının ali mükafatı - "Stara Planina" ordeni[2]
- Belarus Respublikasının Dostluq ordeni[3].