Mən Fəxr edirəm ki , Mən Azərbaycanlıyam!!!
Xoş Gəlmisiniz Odlar Yurdu Azərbaycan!

Ümummilli Lider

 

 

Heydər Əliyev
Heydər Əliyev
Bayraq
Azərbaycan Respublikasının
3-cü prezidenti
Bayraq
10 oktyabr 1993 — 31 oktyabr 2003
müvəqqəti 24 iyun 1993-dən
Baş nazir: Surət Hüseynov
Fuad Quliyev
Artur Rasizadə
İlham Əliyev
Sələfi: Əbülfəz Elçibəy
Xələfi: İlham Əliyev
Bayraq
Azərbaycan Respublikası Ali Sovetinin 4-cü Sədri
Bayraq
15 iyun 1993 — 5 noyabr 1993
Sələfi: İsa Qəmbər
Xələfi: Rəsul Quliyev
Bayraq
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri
Bayraq
3 sentyabr 1991 — 15 iyun 1993
Sələfi: Afiyəddin Cəlilov
Xələfi: Vasif Talıbov
Bayraq
Sovet Sosialist Respublikaları İttifaqı Nazirlər Soveti Sədrinin Birinci müavini
Bayraq
24 noyabr 1982 — 23 oktyabr 1987
Sələfi: İvan Arxipov
Xələfi: Andrey Qromıko
Bayraq
Sovet İttifaqı Kommunist PartiyasıMərkəzi Komitəsi Siyasi Bürosunun üzvü
Bayraq
22 noyabr 1982 — 21 oktyabr 1987
Bayraq
Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 11-ci birinci katibi
Bayraq
14 iyul 1969 — 3 dekabr 1982
Sələfi: Vəli Axundov
Xələfi: Kamran Bağırov
Bayraq
Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizlik Komitəsinin sədri
Bayraq
21 iyun 1967 — 14 iyul 1969
Sələfi: Semyon Sviqun
Xələfi: Vitali Krasilnikov
 
Partiya: 1) Pin of the Flag of CPSU.png Sovet İttifaqı Kommunist Partiyası (1945-1991)
2) YAP-loqo.jpg Yeni Azərbaycan Partiyası(1992-2003)
Təhsili: 1) Azərbaycan Sənaye İnstitutu
2) Azərbaycan Dövlət Universiteti
Dini: İslam
Təvəllüdü: 10 may 1923-cü il
Flag of Transcaucasian SFSR.svg NaxçıvanAzərbaycan SSR,Zaqafqaziya SFSR
Vəfatı: 12 dekabr 2003-cü il (80 yaşında)
Flag of the United States.svg KlivlendOhayoABŞ
Dəfn yeri: I Fəxri Xiyaban
Həyat yoldaşı: Zərifə Əliyeva
Uşaqları: oğlu: İlham Əliyev qızı: Sevil Əliyeva
 
Saytı: Heydər Əliyev Fondu
 
İmzası: İmzası
 
Mükafatları:

Sovet İttifaqı dövründə

Sosialist Əməyi Qəhrəmanı Sosialist Əməyi Qəhrəmanı
Lenin Ordeni Lenin Ordeni Lenin Ordeni Lenin Ordeni
Oktyabr İnqilabı Ordeni Qızıl Ulduz Ordeni

Əliyev Heydər Əlirza oğlu (d. 10 may 1923-cü ilNaxçıvanAzərbaycan SSRSSRİ - ö. 12 dekabr 2003-cü ilKlivlendOhayoABŞ) — Azərbaycanın görkəmli dövlət xadimi, Azərbaycan Respublikasının üçüncü Prezidenti.

1941-ci ildən Heydər Əliyev Naxçıvan MSSR Xalq Daxili İşlər Komissarlığında və Naxçıvan MSSR Xalq Komissarları Sovetində şöbə müdiri vəzifəsində işləmiş və 1944-cü ildə dövlət təhlükəsizliyi orqanlarına işə göndərilmişdir. Bu dövrdən təhlükəsizlik orqanları sistemində çalışan Heydər Əliyev 1964-cü ildən Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsi sədrinin müavini, birinci müavini, 1967-ci ildən isə sədri vəzifəsində işləmiş, general-mayor rütbəsinə qədər yüksəlmişdir. Həmin illərdə o, Leninqradda (indikiSankt-Peterburq) xüsusi ali təhsil almış, 1957-ci ildə isə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirmişdir.

Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il iyul plenumunda Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilərək sovet dövrü ierarxiyasına uyğun olaraq respublikanın rəhbəri olmuşdur. 1982-ci ilin dekabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçilən Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilmiş və SSRİ-nin rəhbərlərindən biri olmuşdur.

Heydər Əliyev iyirmi il ərzində SSRİ Ali Sovetinin deputatı, beş il isə SSRİ Ali Soveti sədrinin müavini olmuşdur.

Heydər Əliyev 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və şəxsən Baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz əlaməti olaraq, tutduğu vəzifələrdən istefa vermişdir.

Heydər Əliyev 1990-cı ilin 20 yanvarında sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciə ilə əlaqədar ertəsi gün Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış edərək, Azərbaycan xalqına qarşı törədilmiş cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb etmişdir. O, Dağlıq Qarabağda yaranmış kəskin münaqişəli vəziyyətlə bağlı SSRİ rəhbərliyinin ikiüzlü siyasətinə etiraz əlaməti olaraq, 1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk etmişdir.

1990-cı ilin iyulunda Azərbaycana qayıdan Heydər Əliyev ilk əvvəl Bakıda, sonra isə Naxçıvanda yaşamış, həmin ildə də Azərbaycan Ali Sovetinə deputat seçilmişdir. O, 1991 – 1993-cü illərdə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri, Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini olmuşdur. Heydər Əliyev 1992-ci ildə Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhərində keçirilmiş təsis qurultayında partiyanın sədri seçilmişdir.

1993-cü ilin iyununda ölkədə siyası böhranının son dərəcə kəskinləşməsi ilə əlaqədar o zamankı respublika rəhbərləyi Heydər Əliyevi Bakıya, siyasi rəhbərliyə dəvət etmişdir. Heydər Əliyev 1993-cü il 15 iyunda Azərbaycan Ali Sovetinin sədri seçilmiş, iyulun 24-də isə Azərbaycan Respublikası Milli Məclisnin qərarı ilə Azərbaycan Respublikası Prezidentininsəlahiyyətlərini icra etməyə başlamışdır.

1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçilmişdir. O, 1998-ci il oktyabrın 11-də keçirilən seçkilərdə səslərin 76,1 faizini toplayaraq, yenidən Azərbaycan Respublikasının Prezidenti seçilmişdir. 2003-cü il 15 oktyabrda keçirilən prezident seçkilərində namizədliyinin irəli sürülməsinə razılıq vermiş Heydər Əliyev səhhətində yaranmış problemlərlə əlaqədar seçkilərdə iştirak etməkdən imtina etmişdir. 

 

Foto şəkilləri

 

 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol