Mədəniyyətimiz
Azərbaycanlılar |
|
---|---|
Mədəniyyəti | |
Memarlığı ·Təsviri sənəti ·Kino ·Mətbəxi |
|
Azərbaycanın Milli Musiqi Alətləri
------------------------------------------------------------------------------------------------------------------------------
-
-----------------------------------------------------------------------------------------------------------------------------
-------------------------------------------------------------------------------------------------------------------------------
Azərbaycan mədəniyyəti XX əsrdə
XX əsrdə Azərbaycanda faydalı qazıntıların çıxarılması və emal edilməsi ilə bağlı sənayenin müxtəlif sahələri intensiv şəkildə inkişaf edir. Əsrin əvvəlində dünya neftinin yarıdan çoxunu və Rusiya neftinin 95 faizini verməklə Bakı dünyanın neft mərkəzlərindən birinə çevrilmişdi. Mədəni həyatda canlanma hiss edilirdi. Elmin müxtəlif sahələri inkişaf etməyə, qəzet və jurnallar çap olunmağa başladı. Siyasi cəmiyyətlərin, təşkilatların, partiyaların yaradılması demokratik ideyaların inkişafına, azadlıq mübarizəsinin yüksəlişinə zəmin yaradırdı. 1917-ci ildə Rusiyada monarxiyanin süqutu əyalətlərdə azadlıq hərəkatlarının inkişafına əlverişli şərait yaratdı. 1918-ci il mayın 28-də Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdi və Məmməd Əmin Rəsulzadənin başçılığı altında Azərbaycan Xalq Cümhuriyyəti elan edildi. 23 ay yaşadıqdan sonra bu respublika 1920-ci il aprelin 28-də XI rus ordusunun Bakıya daxil olmasi ilə süqut etdi. 1922-ci il dekabr ayından Azərbaycan dövlət atributlarına malik - konstitusiyalı, bayraqlı, himn və gerbli müttəfiq respublika kimi SSRİ - nin tərkibinə daxil edildi. Xalqın uzun sürən azadlıq hərəkatları və SSRİ-nin dağılması nəticəsində 1991-ci il oktyabrın 18-də Azərbaycanın dövlət müstəqilliyi bərpa edildi.
XX əsrdə Azərbaycan mədəniyyətinin inkişafında rol oynayan şəxslərdən Cəlil Məmmədquluzadə, Sabir, Əbdürrəhim bəy Haqverdiyev, Hüseyn Cavid, Nəriman Nərimanov, Cəfər Cabbarlı, Hacı Zeynalabdin Tağıyev, Şəmsi Əsədullayev,Musa Nağıyev, Murtuza Muxtarov, Hüseyn Ərəblinski, Mustafa Mərdanov, Əli Qurbanov, Əli Zeynalov, Səməd Vurğun, Mikayıl Müşfiq, Şıxəli Qurbanov, Ziya Bünyadov və s. göstərmək olar.
Azərbaycan xalqının qədim mədəni irsinin ölməz nümunəsi, Azərbaycan musiqisinin zəngin fəlsəfi təməl üzərində təşəkkül tapmasında əvəzsiz rol oynayan muğamın və Seyid Şuşinski, Xan Şuşinski, Cabbar Qaryağdıoğlu, Bülbül kimi muğam ustadlarının, Rəşid Behbudov, Şövkət Ələkbərova kimi vokal sənəti nəhənglərinin Azərbaycan mədəniyyətində xüsusi yeri vardır. Bəstəkarlardan Üzeyir Hacıbəyov, Müslüm Maqomayev, Asəf Zeynallı, Qara Qarayev, Fikrət Əmirov, Niyazi, Sultan Hacıbəyov, Tofiq Quliyev, Arif Məlikov, Cahangir Cahangirov, Süleyman Ələsgərov, Səid Rüstəmov, Rauf Hacıyev, Aqşin Əlizadə, Vasif Adıgözəlov, Rafiq Babayev, Qəmbər Hüseynli, Oqtay Kazımov, Emin Sabitoğlu və s. göstərmək olar.